Azərbaycanda virusa yoluxanların sayının artmasını istəyənlər var- ŞƏRH
1 May 2020 09:04 SosialBu səbəbdən koronavirusa qarşı mübarizə tədbirlərini öz dar düşüncələrinə uyğun yozurlar
Azərbaycanda koronavirusa qarşı görülən effektli mübarizə tədbirləri öz müsbət nəticəsini verməkdədir. Elə bu səbəbdən də Nazirlər Kabinetinin qərarı ilə ölkədə tətbiq edilən karantin rejiminin yumşaldılması barədə qərar qəbul edilib. Lakin bəzi üzdəniraq bəxahlar koronavirusa qarşı aparılan tədbirləri öz dar düşüncələrinə uyğun yozmağa cəhd edirlər. Azərbaycanda koronavirusa qarşı mübarizədə təkcə profilaktik tədbirlərlə bağlı görülən işlər deməyə əsas verir ki, dövlətimiz və dövlət başçısı insan sağlamlığna nə qədər önəm verir. Belə ki, virusun yayıldığı ilk andan koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb. Qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycan Respublikasının bütün ərazilərində monitorinqin aparılması üçün aidiyyəti sahə mütəxəssislərindən ibarət ekspert qrupları təşkil olunub. Nazirlər Kabinetinin sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində "Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı" təsdiq edilib və nəzərdə tutulmuş tədbirlər həyata keçirilməkdədir. Qeyd olunan xəstəliyin yayılma coğrafiyasının geniş miqyas aldığını nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən daha geniş əhatəli Tədbirlər Planı təsdiq edilib. Ümumilikdə Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınması və müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə intensiv iş aparılır, verilən bütün tövsiyələrin yerinə yetirilməsi üçün ciddi səylər göstərilir. Ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar müvafiq xəstəxanalar ayrılıb və karantin zonaları yaradılıb. Həmçinin sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdə saxlanılır, əhali bu istiqamətdə görülən işlər barədə müntəzəm qaydada məlumatlandırılır. Beynəlxalq təcrübəyə uyğun olaraq koronavirus infeksiyalarının laborator diaqnostikası üçün xüsusi dövlət tibb müəssisələri müəyyənləşdirilib. Xüsusi ayrılmış tibb müəssisələrindəki laboratoriyalar ÜST-ün müəyyən etdiyi bütün biotəhlükəsizlik və digər keyfiyyət standartlarına tam uyğun qurulub, analizlər yüksək ixtisaslı kadrlar tərəfindən icra olunur, test nəticələrinin düzgünlüyünə xüsusi proqramlarla nəzarət edilir.
Ölkədə qısa müddət ərzində həyata keçirilən bu tədbirlərin müsbət nəticələri isə artıq ortadadır. Təsadüfi deyil ki, ÜST sədri Tedros Adhan Gebreyesus da dəfələrlə Azərbaycanda görülən tədbirləri olduqca müsbət qiymətləndirib və bütün dünya ölkələrinə nümunə kimi göstərib. Təəssüflər olsun ki, indiki məqamda bütün xalqı koronovirus infeksiyası ilə mübarizəyə qalxdığı zamanda xarici havadarlarının arxasında gizlənən "Beşinci kolon" adlanan qüvvələr çirkin niyyətlərindən əl çəkmirlər. BMT Baş Katibinin, ÜST-ün İcraçı Direktorunun, digər beynəlxalq qurumların Azərbaycanda koronovirusla mübarizə işində dövlətin gördüyü işlərə yüksək qiymət verdikləri halda müxalifətin marginallaşan hissəsi yenə də öz ampluasındadır. Belə bir vaxtda da xaricdəki anti-Azərbaycan qüvvələr, yerlərdəki trollar öz pozuculuq fəaliyyətləri ilə ölkəmizdə pandemiyaya qarşı aparılan tədbirlərə kölgə salmağa çalışır, məkirli planlarını reallaşdırmağa cəhd edirlər. Lakin unudurlar ki, ölkə başçısının dediyi kimi "Biz birlikdə güclüyük". Bu gün hər kəs əmindir ki, tarixi sınaqlardan şərəflə, üzüağ çıxmış birliyimiz sayəsində xalqımız koronavirus pandemiyası ilə mübarizədən minimum itki ilə çıxacaq. Çünki, Azərbaycan xalqının birliyi bütün viruslardan, şər qüvvələrdən, anti-Azərbaycan qüvvələrdən, güclüdür. Buna baxmayaraq, Azərbaycan dövlətinə qarşı "qara piar" kampaniyası aparan, ölkəmizin uğurlarına kölgə salmağa çalışan, xalq-iqtidar birliyini pozmağa cəhd edən antimilli ünsürlər öz fəaliyyətlərini davam etdirilər. Millətə və dövlətə qənim kəsilən bir antimilli ünsürlər bütün vasitələrdən istifadə edərək Azərbaycanda koronavirus epidemiyasına qarşı görülən effektli tədbirləri aşağılamağa çalışırlar.
Millət vəkili Sahib Alıyev qeyd edib ki, sosial şəbəkəni izləyirəm və bəzi statuslara baxanda yazanın arxasından boylananlar o qədər qabarıq görünür ki, elə bil Əli Kərimlini Atilla adlandıran) mürid, pardon, trollarından birinin onun haqqındakı "Əli bəy Elçibəydən də, Rəsulzadədən də daha bəydir" sözlərini oxuyursan: "Elələrindən biri- qərbə bağlı peşəkar demaqoq var, burada ABŞ-dan misal gətirir ki, koronavirus pandemiyasından əziyyət çəkənlərə biz onlardan niyə az maliyyə ayırmışıq. Və bunu o adam yazır ki, ABŞ-ın indikindən 10 dəfə də artıq məbləğ ayıracağı təqdirdə bunun orada makroiqtisadi sabitliyə elə də çox mənfi təsir etməyəcəyini, güclü inflyasiya yaratmayacağını bilməmiş deyil. Çünki ABŞ dolları dünya valyutası rolu oynadığından, hərəkət coğrafiyası geniş olduğundan amerikalılar çox rahatlıqla ehtiyac duyduqları qədər çap edib dövriyyəyə buraxırlar. Biz və digər dövlətlər elə deyilik axı. Görəsən bu cür demaqoqlar niyə Azərbaycanı özü kimi demirəm, özündən də qat-qat güclü ölkələr var ki, onlarla tutuşdurmur, məhz ABŞ-dan misal gətirirlər? Çünki onda əsl reallıq üzə çıxır. İndi də gələk Amerikanı düşmən gözündə görən və Amerikanınn düşmən gözündə gördüyü rejimlərdən birini burada təbliğ edən səhifədə yazılanlara, orada nə yazırlar bilirsinizmi? Yazırlar ki, necə olur Amerika kimi supergüc koronavirus pandemiyasının öhdəsindən gələ bilmədiyi halda Azərbaycan uğur qazanır, bunların hamısı yalandır. Bunu yazdıran o çevrələrdir ki, bir tərəfdən də burada qaragüruha heç bir koronavirus təhlükəsinin olmadığını, bununla bağlı görülən tədbirlərin başqa məqsədlərə xidmət etdiyini aşılamağa çalışırlar. İstəyirlər ki, adamlar inansın, vecsiz davransın, özlərini qorumasınlar və beləliklə də virusa yoluxanların sayı oradakı qədər çox olsun". Onun sözlərinə görə, o rejimin başında durduğu ölkədə də vəziyyət göz qabağındadır, Azərbaycanda da, onları qıcıqlandıran məhz ortadakı fərqdir: "Onlar da, hamı da görür ki, dövlət başçımızın vaxtında qabaqlayıcı addımlar atması sayəsində bu pandemiya bizdə həmən o səhifənin bağlı olduğu rejimin başında durduğu ölkədəki qədər itkilərə yol açmayıb, inşallah açmaz da. Buna qəzəblənir və qərəzlərini tökürlər. Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreyesus da artıq neçənci dəfədir ki, koronavirus pandemiyasına qarşı həm daxildə, həm də qlobal və regional müstəvidə atdığı addımların örnək olması baxımından nə o ölkənin, nə də antipodu ABŞ-ın deyil, Azərbaycanın adını çəkir. Və yəqin İsveçdə yaşayan soydaşımız Nadir Hollenbrandın oradakı 22 yaşlı gənc bir azərbaycanlının kornonavirusdan dünyasını dəyişməsi haqda dünənki statusunu aranızdan kimsə oxuyub. "Isveç virusla oyun oynayır. Yaxşı ki, Azərbaycandasınız",- bu onun sözləridir. Bəli, yaxşı ki, Azərbaycandayıq, bizim bu koronavirus təhlükəsindən qorunmağımız üçün əlindən gələni etməyə çalışan və edən dövlətimiz var".
Zəka