"Siz də bu gün Azərbaycanı böyük bəlalardan qoruyursunuz "-MİLLİ QƏHRƏMAN AİLƏSİ PREZİDENTƏ YAZIR
30 Aprel 2020 19:37 SosialBütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.Bu məktub isə Milli qəhrəman ailəsindəndir:
Hörmətli cənab Prezident.
Tarix sübut edir ki, güclü və müdrik lider hər bir xalq, hər bir dövlət üçün çox mühüm amildir. Biz bunu müstəqil Azərbaycanımızın timsalında da görmüşük və bu gün də görürük. Ulu öndər Heydər Əliyev ölkəmizi, xalqımızı fəlakətdən necə xilas etmişdisə, Siz də bu gün Azərbaycanı böyük bəlalardan qoruyursunuz. Son vaxtlar yaşanan hadisələr bunu bir daha sübut edir. Vaxtında atdığınız uğurlu addımlar, verdiyiniz müdrik qərarlar sayəsində ölkəmiz koronavirus pandemiyası ilə qətiyyətlə mübarizə aparır və əminik ki, bu mübarizədən qalib ayrılacaqdır.
Cənab Ali Baş Komandan, şəhid Milli Qəhrəman Abdullayev Namiq Vahid oğlunun ailəsi Sizin gördüyünüz işlərin dəyərini çox yaxşı bilir və Sizə hər zaman güvənir.
Hörmətlə,
Abdullayev İqbal Vahid oğlu.
Azərbaycan Respublikası, Ağcabədi rayonu, Avşar kəndi.