Zaqatala ağsaqqalından PREZİDENTƏ:" Biz ağsaqqallar da dövlətimizə dəstək olacağıq"
30 Aprel 2020 18:54 SosialBütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.Həmin məktublardan biri:
Möhtərəm cənab Prezident.
Son vaxtlar dünyada geniş vüsət almış koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması, ölkəmizin, xalqımızın pandemiya ilə mübarizədən qalib çıxması üçün tərəfinizdən görülən qabaqlayıcı tədbirlər biz ağsaqqallar tərəfindən də rəğbətlə qarşılanır. Siz ilk günlərdən bütün qüvvələri səfərbər edərək mümkün tədbirləri həyata keçirdiniz, hər zaman olduğu kimi, bu çətin anda da vətəndaşların yanında, onların xidmətində oldunuz. Bu çətin günlərdə dövlətimiz, xalqımız üçün gördüyünüz işlər, göstərdiyiniz fədakarlıq, yorulmaz fəaliyyətiniz bizi daha da ruhlandırır. Bu gün Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə tədbirləri, həyata keçirilən siyasət bir sıra ölkələr üçün nümunədir. Bəşəriyyəti bürüyən bu bəladan qorunmaq üçün xalqa etdiyiniz müraciətləriniz, qısa müddət ərzində ölkəmizdə 14 laboratoriyanın fəaliyyətə başlaması, "Yeni klinika" tibb müəssisəsinin istifadəyə verilməsi, tibbi maska istehsal edən müəssisənin açılışı, sosial paketin həyata keçirilməsi üçün böyük həcmdə maliyyə vəsaitinin ayrılması sübut etdi ki, ölkəmizdə bütün lazımi addımlar ən yüksək səviyyədə atılır. Biz ağsaqqallar da dövlətimizə, onun gücünə, gördüyünüz işlərə fərdi məsuliyyətimizlə dəstək olacaq, bəşəriyyəti bürüyən bu bəladan uğurla çıxacağıq. Azərbaycan xalqının sağlamlığının qorunmasına xidmət edən fəaliyyətinizə görə Sizə dərin təşəkkürümüzü bildirir, möhkəm cansağlığı arzu edirik.
Hörmətlə,
Zaqatala rayon ağsaqqalı İsa Əhmədov
Azərbaycan Respublikası, Zaqatala rayonu.