"Bütün Azərbaycan xalqı Sizə dərin sevgi bəsləyir"- 8-ci sinif şagirdindən İLHAM ƏLİYEVƏ DUYĞUSAL MƏKTUB
30 Aprel 2020 18:48 SosialBütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.Həmin məktublardan biri:
Möhtərəm cənab Prezident.
Dünyada yayılan nadir yoluxucu xəstəliklərdən biri də məhz son günlərdə bütün planeti qorxuya salan koronavirus pandemiyasıdır. Ölkəmizdə koronavirus xəstəliyinin geniş yayılmasının qarşısının alınması üçün Sizin tərəfinizdən görülən qabaqlayıcı tədbirlər xalqımızıi böyük bir təhlükədən artıq xilas etməkdədir. Bu, məni və bütün Azərbaycan xalqını çox sevindirir. Doğrudur, xalqımız əsrlərboyu ağır günlər keçirib, lakin ulu öndər Heydər Əliyevin və Sizin sayənizdə gözəl günlərə qədəm qoyub. Siz dövlətimiz üzərində parlayan günəşsiniz. Allah Sizi qorusun.
Pandemiya dövründə biz məktəblilər evdə qalmağımıza baxmayaraq, təhsildən geri qalmır, bir çox vasitələrdə dərslərimizi yüksək səviyyədə davam etdiririk. Evdə qaldığımız bu müvəqqəti günlərdə Sizin qəbul etdiyiniz qərarlarla biz gələcəyə daha uğurla və inamla addımlayırıq. Bu məktubu yazmaqda məqsədim Sizin Azərbaycan xalqına göstərdiyiniz diqqət və qayğıya, xüsusilə də biz şagirdləri düşünərək, təhsildə gördüyünüz tədbirlərə görə təşəkkürümü bildirməkdir. Böyük inamla söyləyirəm ki, bütün Azərbaycan xalqı Sizi dərin sevgi bəsləyir.
Hörmətlə,
Cavadov Nihat Nəsib oğlu, Dəmirçi kənd ümumi orta məktəbinin 8-ci sinif şagirdi.
Azərbaycan Respublikası, Masallı rayonu.