Məhkəmə prosesləri videokonfrans şəklində keçiriləcək?

Əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı qəti tədbirlər görülür. Bu məqsədlə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən sosial izolyasiya qaydaları və xüsusi karantin rejimi tətbiq olunub, fəaliyyət məhdudlaşdırılıb. "Olaylar"ın məlumatına görə, bunu Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Ramin Qurbanov bildirib. Hakim qeyd edib ki, bu tədbirlər çərçivəsində həmçinin, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə aparılması imkanı yaradılıb: "Bununla əlaqədar dövlət başçısının məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair 2019-cu il 3 aprel tarixli Fərmanının icrası çərçivəsində "Elektron məhkəmə" informasiya sisteminin funksionallığının artırılması üzrə tədbirlər davam etdirilərək, Ədliyyə Nazirliyi tərəfindən Mülki-Prosessual Məcəllənin tələbləri nəzərə alınmaqla və qabaqcıl beynəlxalq təcrübə öyrənilməklə xüsusi proqram modulu işlənib hazırlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31