“Karantin qaydalarının yumşaldılması pandemiyanın bitdiyi anlamına gəlmir” – Şərh
30 Aprel 2020 15:42 Sosial"Aktual problem halını almış pandemiyanın ölkəmiz və eləcədə dünya üçün nə zaman sona yetəcəyi haqqında heç bir sübut və dəlil mövcud deyildir. Lakin ölkəmizdə təhlükə ilə bağlı ciddi mübarizə aparılır. Hətta bu mübarizə, ölkəmizin böyük səyləri və qlobal mübarizə verdiyi töhfələr dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Bu mübarizə nəticəsində təhlükənin göstəricisi böyük mənfi nəticələr doğurmamaqdadır. Məhz xüsusi rejimdə məhdudiyyətlərin yumuşaldılması da bunu özündə əks etdirir".
Bu fikirləri Olaylar.az-a siyasi ekspert Əli Miriyev deyib.
O bildirib ki, xüsusi rejimin yumuşaldılması dedikdə ləğv olunması nəzərdə tutulmur:
"Yumuşaldılma xüsusi rejimin mərhələli şəkildə bitəcəyindən xəbər verir. Bunu bəzi vətəndaşlarımız təhlükənin sovuşduğu kimi qəbul edir. Belə yanaşma kütləvi şəkildə pandemiyanın mənfi nəticələr yaratmasına səbəb olacaqdır. Pandemiya elə bir xəstəlikdən törəyib ki, bu xəstəlik haqqında insanların doğru məlumatları hələ də yoxdur. İnsanların sadə qrip və ya burunaxması kimi qəbul etdiyi təhlükə artıq 1 milyondan artıq insanın ölümünə səbəb olmuşdur. Pandemiyanın dünyaya bu qədər təsir etməsi isə ictimaiyyətin insanları məlumatlandırmamasından irəli gəlir. Buna görədə hərşeydən əvvəl vətəndaşlarımıza gündəlik olaraq KİV vasitələri ilə təlimatlandırılmalıdırlar. Sonra qeyd etmək istərdim ki, onlayn xidmətlər öz işlərini gücləndirməlidirlər. Burada əsas məqsəd İnsanların evlərindən çölə çıxmamasını təmin etməkdir".
Ekspertin sözlərinə görə, mövcud durumla bağlı ən böyük təhlükələr regionlardadır. Çünki bölgə və rayonlar ciddi normativ qanunlar tətbiq edilmir. Doğrudur rəhbərlik tərəfindən nəzarət olsa belə bəzi problemlər hələ də qalmaqdadır.
Ə. Miriyev qeyd edib ki, karantin dövründə sui-istifadə edən şəxslərimizdə var idi: "Məsələ orasındadır ki, karantin rejimi br sıra imkanlara yol açmışdır. Xüsusilə paytaxt Bakımızda hava çirklənməsi, insan sıxlığının qarşısı ciddi şəkildə alınmışdır. Baxmayaraq ki, bu hadisələrin yenidən yaşanması mümkün ola biləcəkdir. Buna görə də, xüsusi rejim bittikdən sonra ölkə həyatı üçün, xalqın yaşam səviyyəsinin inkişafı üçün yeni planlar hazırlanmalıdır".