“Qaydalara riayət edilməsə koronavirusun ikinci dalğası başlaya bilər” – Şərh
30 Aprel 2020 14:16 Sosial"Vətəndaşlar karantin rejiminin yüngülləşdirilməsini virusun artıq təhdid təşkil etməməsi kimi başa düşürlər. Biz bu günlərdə kifayət qədər çox insanın küçələrdə sosial məsafə qaydalarına riayət etmədiyini görürük. İctimai yerlərdə maskasız hərəkət edən insanlar da artmağa başlayıb. Belə olan halda bütövlükdə cəmiyyət təhlükə altında qalır".
Bu fikirləri Olaylar.az-a Bakı Politoqlar klubun sədri Zaur Məmmədov deyib.
O bildirib ki, Nazirlər Kabineti yanında operativ qərargahın son günlərdə açıqladığı statistik rəqəmlər də bunu deməyə dəlalət verir ki, koronavirusa yoluxanların sayı qeyri-stabillik göstərir: "Koronavirusun növbəti dalğasına yol verməmək üçün bir qədər də səbr etmək lazımdır. Mümkün qədər evdən bayıra çıxmamaq, özünütəcrid, şəxsi gigiyenanı qorumaq , kütləvi şəkildə toplaşmamaq zəruridir. Belə olan halda növbəti aylarda koronavirus təhdidi aradan qalxmış olar.
COVİD -19 uzunmüddətli virusdur. Təsadüfi deyil ki,Qərb ölkələri xəstəliyin minimum ilin sonuna qədər davam edəcəyini bildirirlər. "Evdə qalın". Evdə qalın kı, cəmiyyəti təhlükələrdən qoruyaq".