Baş infeksionistdən ÇAĞIRIŞ: Bu halda koronavirus qayıdacaq

Bu günə qədər əldə edilən təcrübə bizə bunu deməyə imkan verir ki, virusa qalib gələ bilərik.

Publika.az xəbər verir ki, bu sözləri Operativ Qərargahın üzvü, ölkənin baş infeksionisti Cəlal İsayev Xəzər TV-nin "Xəzər səhər" verilişində deyib.

O bildirib ki, koronavirus xarici temperaturla əlaqəlidir: "Bu mənada, havaların isinməsi virusun yayılma tezliyi azaldacaq. Lakin bununla vətəndaşlar buna görə arxayın olmamalıdırlar. Operativ Qərargahın tövsiyə və tələblərinə qeyd-şərtsiz riayət edilməlidir. Əgər qaydalara, qadağa və qabaqlayıcı tədbirlərə əməl edilsə, virusun ikinci dalğası müşahidə olunmayacaq".

C.İsayev deyib ki, hazırda virusdan sağalan insanların sayı yoluxanların sayını üstələyir: "Lakin bu hal bizi arxayın etməməlidir. Çünki koronavirus kifayət qədər güclü virusdur və sürətlə yayılmaq xüsusiyyətinə malikdir. Buna görə də şəxsi gigiyena qaydalarına, qida vasitələrinə, sosial məsafəyə mütləq diqqət edilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31