Ana xəstə qızı üçün imkanlı şəxslərdən kömək istəyir: “Əməliyyat olunmasa, onu itirə bilərik” - FOTOLAR
30 Aprel 2020 13:20 SosialHəyatın xoş üzü varsa da, sərt üzü də var və bu çətin imtahandan çıxmaq üçün nəyin bahasına olursa-olsun, vuruşmaq istəyi insana hakim kəsilir. Xüsusilə valideynlər övladla sınağa çəkilincə, insanın çəkildiyi imtahan daha dəhşətli və daha məşəqqətli olur.
Bakı şəhəri, Xətai rayon sakini Pərvanə Seyidova da qızının sağalması üçün çarpışır. Çıxılmaz vəziyyətdə qalan ana övladının bahalı əməliyyatı üçün mərhəmətli insanlardan yardım istəyir. Onun övladı 2007-ci il təvəllüdlü Seyidova Nigar Ruslan qızının üzərində ağır ürək əməliyyatı keçirilməlidir. Bunun üçün isə külli miqdarda maddi vəsait tələb olunur. İmkansız ailənin isə buna güçü çatmır.
P.Seyidova bildrib ki, Nigarda anadangəlmə ürəyində dəlik var və bu qüsur onun orqanizmində ağır fəsadlar yaradıb:
"Həkimlərin rəyinə görə, Nigar təcili əməliyyat olunmalıdır, əks halda, onu itirə bilərik. Övladlarınin ürək qüsurlu olmasından valideynlər indiyə kimi xəbərsiz olub, nə uşaq dünyaya gələn zaman Doğum evində, nə də sonralar Nigar ürək ağrısından şikayət etdikdə müayinələrdən keçərkən savadsız həkimlər belə bir qüsurun olduğunu bildirməyiblər. İki ay bundan əvvəl ürək ağrıları daha da şiddətlənəndə valideynləri yenidən Nigarı müayinəyə aparıblar və həkimlər qızda anadangəlmə ürək dəliyinin olduğunu və onun orqanizmində böyük fəsadlar yaratdığını, təcili əməliyyat olunmasını bildiriblər".
Çarəsiz ana övladının əməliyyatına yardım etmək üçün imkanlaı şəxslər müraciət edib:
"Nigarın həyatda qalması üçün mütləq təcili əməliyyata ehtiyacı var və bunun üçün 20 min dollar tələb olunur. Onun adına Kapital Bankda bank hesabı açılıb. Mərhəmətli və xeyirxah insanları bu hesaba pul köçürmələrini xahış edirik, Nigarın həyatda qalması bizdən asılıdır".




\
