Parlament sabah Zakir Qaralovun məsələsinə baxacaq
30 Aprel 2020 13:04 SosialMilli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik olunub. "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin saytında məlumat yerləşdirilib. Belə ki, iclasın gündəliyinə əvvəl 26 məsələnin müzakirəsi daxil edilmişdisə, hazırda 27 məsələ daxildir. "Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında" məsələyə mayın 1-i keçiriləcək plenar iclasda baxılacaq. Həmçinin, Azərbaycan Respublikası Hesablama Palatasının illik hesabatı dinləniləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31