Vətəndaşlar bundan sonra da dövlətimizin çağırışlarına ciddi əməl etməlidirlər- Bəhruz Quliyev
30 Aprel 2020 12:33 Sosial"Ölkəmizdə pandemiya ilə mübarizə istiqamətində əldə olunan uğurlar Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında atılan addımların, görülən işlərin nəticəsidir. Bildiyiniz kimi, aprel ayının 27-dən ölkəmizdə xüsusi karantin rejimi yumşaldılılıb. Lakin bu yumşaltma təhlükənin sovuşduğu anlamına gəlməməlidir, vətəndaşlar bundan sonra da məsuliyyətli olmalı, qayda-qanunlara, dövlətimizin çağırışlarına ciddi əməl etməlidirlər". Bunu Olaylar.az-açıqlamasında "Səs" qəzetinin baş redaktoru, siyasiekspert Bəhruz Quliyev deyib.
Bütün dünya ölkələrində COVİD-19-la bağlı vəziyyətin o qədər də ürək açan olmadığını deyən ekspert söyləyib ki, Azərbaycanda pandemiya ilə bağlı mübarizə istiqamətində atılan qabaqlayıcı tədbirlər ölkəmizdə karantin rejimindəki məhdudiyyətlərin bəzisinin aradan qaldırılmasına imkan verdi: "Lakin bu o demək deyil ki, ölkəmizdə koronavirus epidemiyası tamamilə sovuşub. Hər kəs virusla mübarizədə ayıq-sayıq olmalı, pandemiyanın yenidən alovlanmasına şans verməməlidir".
O bildirib ki, mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlərin davam etdirilməsi vacibdir: "Əgər vətəndaşlar onların sağlamlığı üçün tətbiq olunan qaydalara riayət etməsə, karantin rejimi yenidən sərtləşdirilə bilər. İndiki vəziyyətdə hər şey insanlara bağlıdı. Hər kəs vətəndaşlıq, eləcə də sosial məsuliyyətini dərk etməlidir. Xəstəliyin yeni dalğasına yol verməmək üçün bütün tələblərə, o cümlədən şəxsi gigeyna, özünütəcrid, kütləvi toplantılara yol verməmək, distansiya saxlamaq və digərlərinə riayət olunmalıdır".
B. Quliyev qeyd edib ki, Azərbaycan dövlətinin virusun yayılma prosesi başlayan ilk gündən vətəndaşların sağlamlıqlarının qorunması, pandemiyanın ölkə iqtisadiyyatına zərərlərinin minimuma endirilməsi, eləcədə vətəndaşlarımızın sosial müdafiəsi istiqamətində vacib və təxirəsalınmaz işlər həyata keçirməsinin nəticəsidir ki, ölkəmizdə vəziyyət dünya ilə müqayisədə qat-qat yaxşıdır: "Prezident İlham Əliyevin çıxışlarında dəfələrlə söylədiyi kimi "bizim əsas məqsədimiz Azərbaycanın pandemiyadan az itki ilə çıxmasıdır" fikri atılan mühümaddımlar nəticəsində reallığa çevrilir. Lakin bunlar prosesin tam başa çatması demək deyil. Vəziyyətin nəzarətdə saxlanılması hər birimizdən asılıdır. Bu baxımdan insanlar profilaktik tədbirlərə, sanitar normalara uyğun davranmağa davam etməlidirlər. Əks halda, yoluxma halları çoxala, prosesin ikinci dalğası başlaya bilər".