Mayis Səfərli: “İnsanların ata biləcəkləri yanlış addımlar yoluxma hallarını yenidən artıra bilər”
30 Aprel 2020 12:31 Sosial"Bildiyiniz kimi, Azərbaycanda koronavirus pandemiyasina qarşı dövlətimizin həyata keçirdiyi sistemli və çevik tədbirlər sayəsində yoluxmalarin sayı azalıb. Digər ölkələrlə müqayisədə biz, xeyli müsbət nəticələr əldə etmişik. Azərbaycanın bu prosesdəki müvəffəqiyyətləri dəfələrlə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təqdir edilmişdir. Elə buna görə də, artıq bir neçə gündür ki, ölkəmizdə karantin rejimindəki bəzi məhdudiyyətlər yumşaldılmışdir". Bunu "Olaylar"a deyən Yurddaş Partiyasının sədri Mayis Səfərlinin sözlərinə görə, buna baxmayaraq vəziyyətdən asılı olaraq dövlət orqanları yumşalma ilə bağlı yeni qərarlar verə bilərlər: "Unutmaq olmaz ki, insanların indiki- bəzi məhdudiyyətlərin aradan qaldırılması şəraitində, ata biləcəkləri yanlış addımlar yoluxma hallarını yenidən artıra bilər. Odur ki, hər bir Azərbaycan vətəndaşının ictimai məsuliyyətdən irəli gələn bütün qaydalara, şəxsi gigiyenaya, lazımi profilaktik tələblərə əməl etməsi zəruridir".
M.Səfərlə əlavə edib ki, virusun yayılmasının bütün nəticələrini tamamilə aradan qaldırmaq üçün cəmiyyətə xeyli vaxt lazım gələcək: "Çünki bu uzun müddətli bir prosesdir. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, pandemiyanın bu mərhəsindən uğurla çıxmaq üçün hər bir vətəndaş hakimiyyət orqanları ilə həmrəylik nümayiş etdirməlidir. Yalnız dövlətin və toplumun sıx birliyi bu problemin öhdəsindən səmərəli gəlməyə imkan verəcəkdir. Yoluxmalarin geri qayıtması riskinin aradan qaldırılması sosial izolyasiya, sosial məsafə tədbirlərinin effektliyinin təmin edilməsindən asılı olacaqdır. Hər birimiz bir fərd olaraq, öz həyatimiz, ailə üzvlərimizin, yaxınlarımızin, doğmalarımızin və bütövlükdə cəmiyyətin həyatı qarşısındakı məsuliyyətini dərk etməliyik. Yoluxma ehtimalından uzaq durmaq üçün hər bir insan daim narahat olmalı və öz davranışlarina nəzarət etməyi bacarmalıdır. Bir məsələni də xüsusi qeyd etmək istəyirəm. Bu gün sanki hamı virusoloqa çevrilib. Hamı bir-birininə məsləhət verməyə çalışır. Belə bir dönəmdə yalnız mütəxəssislərin, əsl peşəkarlarin tövsiyələrinə qulaq asmaq lazımdır. Sosial şəbəkələrdə oturub gecə gündüz ağızlarına gələni danışan, panika yaratmaq istəyən, həqiqəti təhrif edən ünsürlərə əsla fikir vermek lazım deyil. Biz yalnız bizi gerçəkdə bu bəladan xilas etmək üçün konkret iş görən dövlətimizə inanmalı və güvənməliyik".