142 - Çağrı Mərkəzi bir ayda 165 min müraciəti cavablandırıb
30 Aprel 2020 11:23 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzi də gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Nazirlikdən "Olaylar"a bildirilib ki, təkcə aprel ayında 142 - Çağrı Mərkəzi tərəfindən vətəndaşların 165 mindən çox müraciəti cavablandırılıb. Müraciətlər sosial dəstək tədbirləri, həmçinin əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial reabilitasiya və s. məsələlərlə bağlı olub. Zənglər saat 9:00-dan 24:00-a kimi 100 operator tərəfindən cavablandırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31