Evi qarət edən şəxs ələ keçib

Bakıda mənzildən külli miqdarda oğurluq edilib.

Bakıda mənzildən külli miqdarda oğurluq edilib. "Olaylar"ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Gəncə prospektindəki mənzillərdən birində qeydə alınıb.Vətəndaşa məxsus mənzilə daxil olan naməlum şəxs oradan 400 manat pul, 1300 manatlıq qızıl-zinət əşyaları və iki ədəd qol saatı oğurlayıb. Xətai rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən 1988-ci il təvəllüdlü Bəxtiyar Mansurov saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31