Dünyada koronavirusa yoluxanların sayı 3 milyonu ötüb - ÜST

Dünyada koronavirusdan 208 min insan ölüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Qeyd edilir ki, COVID-19-a yoluxanların sayı 3 018 952 nəfər təşkil edir.



Təşkilatın son məlumatına görə, ötən bir gün ərzində virusa 66 mindən çox yoluxma və 5 376 ölüm qeydə alınıb.


Yoluxma hallarının əksəriyyəti Avropada qeydə alınıb. 1 406 899 nəfərdə koronavirus aşkarlanıb, 129 mindən çox insan ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31