Azərbaycanda fikir, söz və mətbuat azadlığının inkişafı dövlətin siyasətində prioritet məsələdir
29 Aprel 2020 14:49 SosialKütləvi informasiya vasitələri demokratiya və aşkarlığın mühüm vasitəsi hesab olunur. Azad söz, hər bir fərdin öz düşüncələrini, fikirlərini sərbəst ifadə etmək istəyi demokratiyanın əsas tərkib hissələrindəndir. Azərbaycan dövləti onların müstəqil qurulması, azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görür. Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi təsbit edilib. Bu məqsədə nail olmaq və müvafiq hüquqi mexanizmlər yaratmaq üçün dövlətin siyasi-hüquqi və iqtisadi potensialından tam istifadə edilməsi sahəsində ciddi tədbirlər görülür. Ölkəmizdə demokratik cəmiyyətlərə xas olan institutların formalaşdırılması və azad siyasi fəaliyyət üçün hər cür şərait yaradılıb. İlk dəfə çoxpartiyalılıq əsasında demokratik parlament seçkiləri keçirilib, ümumxalq səsverməsi ilə siyasi plüralizm, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsiplərini təsbit edən konstitusiya qəbul edilib. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycanda siyasi plüralizm tam mənada qorunur, ölkədə fikir, söz və məlumat azadlığı mövcuddur. Bunu hər bir cəhətdən söyləmək mümkündür. İstər beynəlxalq aləm, dünyanın demokratik cəhətdən inkişaf etmiş ölkələri kimi təqdim edilən dövlətlərlə müqayisədə, yaxud ölkədə fəaliyyət göstərən siyasi partiyaların seçkili orqanlarda təmsilçiliyində. Eyni zamanda siyasi partiyalara hakimiyyət səviyyəsində göstərilən diqqət və qayğıdan da eyni nəticəyə gəlmək mümkündür. Siyasi munaqişələrin həllində siyasi plüralizmin rolu çox böyükdür. Plüralizm ziddiyyətlərin sosial-siyasi inkişafın mənbəyi olmasını tanıyır və bu ziddiyyətlərin dinc yolla həllini mümkün edir. Siyasi plüarizm hakimiyyətdə istənilən inhisarı, hər hansı totalitar və avtoritar rejimi rədd edir. Tolerantlıq plüralizmin bir şərtidir. Təsadüfi deyil ki, Azərbaycanda siyasi plüralizmin vacib elementlərindən olan tolerantlıq ən yüksək səviyyədədir.
Mövcud qanunvericilk bazası kütləvi informasiya vasitələrinin müstəqilliyinin qarantı olmaqla yanaşı, həm də söz və fikir azadlığına şərait yaradır. Mətbuat və televiziya xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, inkişafı və geniş ictimaiyyət arasında yayılmasının qayğısına qalmalıdır. Jurnalistlərin peşəkar səviyyəsini artırmaq, vətəndaşlarda kütləvi informasiya vasitələrinə obyektiv münasibət aşılamaq, mətbuatın imkanlarından bacarıq və məsuliyyətlə istifadə etmək istiqamətində həm dövlət, həm də mətbuat orqanlarının özləri çox işlər görməlidirlər. Bununla bağlı kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin və digər əməkdaşların vətənpərvərliyi yüksək vətəndaşlıq məsuliyyəti, peşə hazırlığı, təhsili, təmiz mənəvi siması xüsusi əhəmiyyət kəsb edir. Ölkəmiz insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya və sazişlərə qoşulub. Beynəlxalq qurumlarla konstruktiv əməkdaşlıq, beynəlxalq təcrübənin milli xüsusiyyətlərə uyğunlaşdırılması ilə bağlı təbliğat ölkənin demokratikləşməsində mütərəqqi rol oynayıb.
Fikir və söz azadlığına, plüralizm anlayışına hüquqi və siyasi mahiyyət bəxş edən Avropa institutlarında mövcud yanaşmalar müvafiq sahələrin əslində dövlət quruculuğu, vətəndaş cəmiyyəti, ölkə rəhbərliyi ilə xalq arasındakı münasibətlərə necə böyük təsir qüvvəsi olduğunu göstərir. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində qeyd olunduğu kimi, hər kəsin ifadə və məlumat əldə etmək azadlığı var. Bu yanaşma ənənəvi mediadan müasir mediaya keçid dövründə daha da təkmilləşərək, yeni elementlər ehtiva edərək öz mahiyyətini saxlayıb. Azərbaycan Respublikasında bu istiqamətdə atılan addımların kompleks şəkildə olması, ümumi inkişaf strategiyasına tabe etdirilməsi təmin edilib. Bu gün Azərbaycan demokratik inkişafın əsas göstəricilərindən olan KİV-lərin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqedə dayanır. Azərbaycan internetin tam azad olduğu ölkədir və əhalimizin 85 faizindən çoxu fəal internet istifadəçisidir. 2019-cu ilin böyük uğurları sırasında yer alan 10 milyonluq ölkə sevincini nəzərə alsaq, Azərbaycanda sosial mediadan istifadə edənlərin sayının 2 milyondan çox olması təqdirolunan hadisədir. Bu rəqəm onu nümayiş etdirir ki, Azərbaycanda azad medianın inkişafı üçün mühüm addımlar atılıb. Ölkəmiz beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməklə həm malik olduğu imkanların təqdimatında əlavə imkanlar əldə edir, həm də təcrübə mübadiləsinin, səylərin birləşdirilməsi fonunda qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olur.
Azərbaycanda demokratikləşmə prosesində KİV-in aparıcı mövqedə olması ulu öndər Heydər Əliyevin bu məsələyə müsbət və birmənalı münasibətinin nəticəsi idi. Heydər Əliyev demişdir: "Biz mətbuat haqqında bir neçə ciddi addım atmışıq: söz azadlığının, mətbuat azadlığının təmin olunması, senzuranın aradan qaldırılması, bütün mətbuat orqanlarına sərbəstlik verilməsi. Əgər bu gün hansısa yeni bir şey varsa, biz onu edirik və edəcəyik".
Ümummilli lider söz və məlumat azadlığını, KİV-in müstəqilliyini demokratik cəmiyyət quruculuğunun vacib şərti hesab edirdi. Heydər Əliyevin Azərbaycanın inkişafı naminə həyata keçirdiyi düşünülmüş siyasət və bu kursun Prezident İlham Əliyev tərəfindən uğurlu davam erdirilir. İlham Əliyevin 15 illik hakimiyyəti dövründə atılan addımlar bütün bunların əyani sübutudur. Azərbaycan Milli Mətbuatının yaradılmasının 130 və 135 illik yubileyləri münasibətilə ölkənin onlarla jurnalistlərini ali dövlət mükafatları ilə təltif etdi, kütləvi informasiya vasitələrinə maddi yardımlar olundu. Bütün bu reallıqlar bir daha sübut edir ki, ölkədə azad mətbuat mövcuddur və onun mövcudluğunun qarşısını heç bir qüvvə ala bilməz. Ölkə Prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da mətbuatın inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması, fəxri adlarla təltif olunmaları haqqında sərəncamların imzalanması və bu kimi bir-birindən əhəmiyyətli addımlardır. Jurnalistlərin mənzillə əmin edilməsi, "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" növbəti sərəncamın imzalanması da addımların davamlılığından irəli gəlir. Dövlət başçısı İlham Əliyevin son on ildə bir neçə dəfə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğu əsasında "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi ötən dövr ərzində mətbuatın inkişafına göstərilən diqqət və qayğıya media ictimaiyyətinin baxışı və verdiyi dəyəridir". Ölkə Prezidenti İlham Əliyevin dövlət informasiya sahəsində gördüyü tədbirlər azad medianın inkişafında keyfiyyətcə yeni mərhələ yaratdı. Söz və mətbuat azadlığını yüksək qiymətləndirən ölkə Prezidenti İlham Əliyev deyib: "Söz və mətbuat azadlığı demokratik cəmiyyətin prioritet dəyərlərindən biridir. Zəngin tarixi və mütərəqqi ənənələri olan Azərbaycan mətbuatı ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda demokratiya və siyasi plüralizmin mühüm vasitəsi kimi çıxış edir. Cəmiyyətdə aşkarlığın və şəffaflığın təmin edilməsində, aktual ictimai problemlərin ümumxalq müzakirəsinə çıxarılmasında, sosial ədalət prinsiplərinin müdafiəsində Azərbaycan mətbuatının rolu xüsusi qeyd olunmalıdır".
"Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyası ilə bağlı qərarın qəbul olunması, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması, jurnalistlərə fəxri adların verilməsi, onların orden və medallarla təltif olunması, qəzet redaksiyalarına, informasiya agentliklərinə birdəfəlik maliyyə yardımlarının edilməsi media sektorunun inkişafını sürətləndirdi. Fond fəaliyyəti dövründə fikir, söz və məlumat azadlıqlarının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirməklə bu sahəni daha da inkişaf etdirdi. Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, televiziya və radiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirir. Ölkə Prezidenti İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da mətbuatın inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Milli Mətbuatımızın 135 illiyinin ölkəmizdə dövlət səviyyəsində qeyd olunması, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması, fəxri adlarla təltif olunmaları haqqında sərəncamların imzalanması və bu kimi biri-birindən əhəmiyyətli addımlar qeyd edilənlərin təsdiqidir.
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.