Qarşıda bizi məsuliyyətli bir fəaliyyət gözləyir
28 Aprel 2020 19:17 Sosial"Bu mənim üçün həm böyük etimad, həm də böyük məsuliyyətdir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri millət vəkili Kamal Cəfərov Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbərinin müavini seçilməsinə münasibət bildirərkən səsləndirib. O, qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, istənilən platforma vasitəsilə biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri çatdırmalısında fəal olmalı, hücum diplomatiyası aparmalı, ölkəmizə qarşı bütün əsassız ittihamlara qarşı mübariz olmalıyıq: "Hesab edirəm ki, biz də bu prinsipləri rəhbər tutaraq fəaliyyətimizi qurmalıyıq. Ona görə də nümayəndə heyətinin rəhbəri hörmətli Səməd müəllimin rəhbərliyi ilə qarşıda bizi məsuliyyətli bir o qədər vacib bir fəaliyyət gözləyir. Yeni heyətdə təmsil olunan digər həmkarlarımı da təbrik edirəm və hər birimizə bu işdə uğurlar arzu edirəm".