Ölkəmizin maraqlarını qorumaq istiqamətində bütün bilik və bacarıqlarımızı səfərbər edəcəyik

Milli Məclisin son iclasında əvvəlki illərdə olduğu kimi, yenə də Azərbaycan-İtaliya Parlamentlərarası İşçi Qrupunun rəhbəri seçildim. Dünən isə Azərbaycan Parlamentinin Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri təyin olundum". "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən millət vəkili Azər Kərimli bu vacib və məsuliyyətli vəzifəni ona havalə etdiyi üçün Azərbaycan Respublikası Milli Məclisinin rəhbərliyinə öz dərin təşəkkürünü bildirib: "Əmin etmək istəyirəm ki, nümayəndə heyətinin üzvləri olan həmkarlarımla birgə ölkəmizin maraqlarını qorumaq, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində bütün bilik və bacarıqlarımızı səfərbər edəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31