MM-in daha bir komitəsi toplandı
28 Aprel 2020 17:43 SosialAprelin 28-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib. "Olaylar" xəbər verir ki, Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iclasın gündəliyi barədə məlumat verib. İclasda Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi üçüncü oxunuşda müzakirə edilir. Deputatlar məsələ ilə bağlı müxtəlif təkliflər səsləndiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31