Kəlbəcərli məcburi köçkün xanım 600-dən çox maska tikərək payladı
28 Aprel 2020 17:32 SosialAşıq Şəmşir mədəniyyət ocağı ictimai birliyinin təşkilatçılığı ilə Kəlbəcər rayonundan məcburi köçkün düşmüş Nəzakət xanım bütün dünyada hökm sürən və Azərbaycandan da yan keçməyən COVİD-19 adlı xəstəliklə mübarizə məqsədilə, xalqa kömək olaraq öz zəhməti ilə, şəxsi sexində 600-dən artıq tibbi maska tikərək aztəminatlı ailələrə paylayıb. "OLAYLAR" xəbər verir ki, bu barədə açıqlama sözügedən İctimai Birlikdən verilib. Qeyd edilib ki,
o, ölkə başçısı cənab İlham Əliyevin "BİZ BİRLİKDƏ GÜCLÜYÜK" şüarı altında bu xeyirxah və nümunəvi addımı atıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31