Millət vəkilindən etiraz: “Bu psixiloji gərginlik yaradaraq”

"Bu günlərdə dünya və eləcə də Azərbaycan mətbuatında, koronavirusa yoluxub sağalan insanalrın bu səbəbdən ömürlərinin 10-13 il qısalacağı barədə alimlərin bəzi tətqiqatlarının nəticələri barədə məlumatlar yayılmaqdadır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Aydın Mirzəzadə bildirib ki,  hətta bu nəticələr düz olsa belə onların geniş yayılması düzgün deyildir: "Çünki, bu xəstəlikdən sağalmış insanlar və onların yaxınları xəstə sağaldıqdan sonra daima ömürlərinin qalan hissəsində ömürlərinin qısalacağı ağır xəbərinin təsiri altında yaşamağa məcbur olacaqlar. Bu isə artıq psixiloji gərginlik yaradaraq, keçmiş xəstənin və onların yaxınlarının sağlamlığına heç də koronavirusdan az ziyan vurmayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31