Gülay Kamildən danışdı: Bir neçə gün övladına yaxın belə durmadı — VİDEO

Müğənni Gülay Zeynallı həyat yoldaşı tanınmış idmançı Kamil Zeynallı haqqında danışıb.

Ölkə.Az xəbər verir ki, ifaçı Atv televiziyasında yayımlanan Gündən günə verilişinin qonağı olub. O həyat yoldaşı Kamilin son günlərdə yardımlarla bağlı gündəmə gəlməsindən danışıb.

Mənim qızım atası Kamillə nəfəs alır. Ata-bala bir-birlərinə çox bağlıdırlar. Kamil sağlamlığını təhlükəyə ataraq, bütün günü insanların arasında olurdu. Dörd gün evə gəlmədi. Qızım hər gün atasına zəng edib onun evə gəlməsini istəsə də Kamil bütün günü insan içində olduğu üçün gələ bilmədiyini deyirdi. Son günlər mənim işim ancaq qızıma vəziyyəti izah etməklə keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31