Pandemiya tezliklə bitməyəcək - ÜST rəsmisindən XƏBƏRDARLIQ

Son məlumatlara görə, koronavirus xəstələrinin sayı 3 milyona yaxınlaşır, pandemiya isə tezliklə başa çatmayacaq.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) başçısı xəbərdarlıq edib. Tedros Adanom Qebreyesus COVID-19-un yayılmasının planetdəki uşaqların immunizasiya proqramlarına mənfi təsirindən narahatlığını dilə gətirib:

"Hər il 116 milyondan çox uşaq peyvənd edilir və bu, dünyadakı bütün uşaqların 86% -ni təşkil edir. Bununla belə, dünyada 13 milyondan çox uşaq hələ də peyvənd edilməyib. COVID-19-dan dolayı bu say artacaq", - deyə təşkilat rəhbəri qeyd edib.

O, həmçinin sərhədlərin bağlanmasının 21 ölkədə digər xəstəliklərə qarşı vaksin çatışmazlığına səbəb olduğunu söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31