Məktəblər nə vaxt açılacaq? - Nazir AÇIQLADI
27 Aprel 2020 18:39 SosialKarantin rejimindən çıxış barədə qərarlar qəbul edilərkən təhsil sektoru ilklərdən biri olmayacaq.
Bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib.
C.Bayramov əlavə edib ki, məhdudlaşdırıcı tədbirlər başlayanda təhsil bu tədbirlərin tətbiq olunduğu ilk sahələrdən idi: "Karantin rejimində yumşaldıcı tədbirlər həyata keçirilən zaman monitorinqlər həyata keçiriləcək. Monitorinqlər əsasında təhsil prosesinin davam etməsi ilə bağlı qərar qəbul olunacaq. Konkret tarixlərin elan edilməsi hazırda mümkün deyil".
C.Bayramov deyib ki, ehtiyac olarsa, yay aylarında dəstəkləyici addımlardan istifadə edilə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31