Avtomobildən qızıl-zinət əşyaları oğurlayan keçmiş məhbus tutulub
27 Aprel 2020 15:43 SosialSabunçu rayonu ərazisində avtomobildən pul və qızıl-zinət əşyaları oğurlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 20-də rayon ərazisində "VAZ-2107" markalı avtomobildən 1000 manat pul və 600 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Bədəlov saxlanılmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31