Alışqan-tapança ilə hədələyərək pulunu aldı

Paytaxtda quldurluqla məşğul olan şxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Bakı ŞBPİ Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 15-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 21-də E.İbadovanı tapançaya oxşar əşya ilə hədələyib 700 manatını quldurluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Paşayev saxlanılmış və ondan alışqan-tapança götürülmüşdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31