Xeyli miqdarda narkotik vasitə aşkar edilib
27 Aprel 2020 15:33 SosialNarkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdaş rayon sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Yevlax rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdaş rayon sakini F.Məhərrəmov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 1 kiloqram 180 qram marixuana aşkar edilərək götürülmüşdür.Davam etdirilən tədbirlərlə onun tanışı olan həmyerlisi T.Mustafayevə məxsus "Mercedes" markalı avtomobilə baxış zamanı 37 qramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.
Həmçinin, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Lənkəran rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gərmətük qəsəbə sakini Ə.Axundov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 2,8 kiloqram heroin, 2 kiloqram 650 qram tiryək və 255 qrama yaxın metamfetamin aşkar edilərək götürülmüşdür.