DGK-nın mərkəzi aparatı aztəminatlı ailələrə yardım edib

Komitədən “Olaylar”a bildirilib ki,  Dövlət Gömrük Komitəsinin mərkəzi aparatı bu məqsədlə növbəti dəfə aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı olan şəxslərə yardım aksiyasına töhfəsini verib.

Koronavirus (Covid-19) infeksiyası ilə mübarizədə ilk gündən etibarən ön sıralarda yer alan gömrükçülər sosial dəstək aksiyalarında da fəal iştirak edirlər. Komitədən "Olaylar"a bildirilib ki,  Dövlət Gömrük Komitəsinin mərkəzi aparatı bu məqsədlə növbəti dəfə aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı olan şəxslərə yardım aksiyasına töhfəsini verib. Könüllü gömrükçülərin iştirakı ilə 120-dən çox ailəyə baş çəkilib, onlara gündəlik zəruri qida məhsullarından ibarət ərzaq sovqatı paylanılıb, ailələrlə profilaktik söhbətlər aparılıb, onlara xüsusi karantin rejimi dövründə evdə qalmaları tövsiyə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31