“CinemaPlus” ehtiyacı olan 100 ailəyə “Dəstək Qutusu” ilə dəstək oldu
27 Aprel 2020 13:49 Sosial"CinemaPlus" kinoteatrlar şəbəkəsi "Rahat" supermarketlər şəbəkəsindən 100 ədəd "Dəstək Qutusu" alaraq, ehtiyacı olan yaşlılara, çoxuşaqlı ailələrə və işsiz ailələrə "Dəyər ver-dəstək ol!" aksiyasına qoşularək dəstək oldu. Qutunun tərkibində 18 çeşiddə ilkin tələbat ərzaq məhsulları daxil olunub.
Olaylar.az bildirir ki, "CinemaPlus" kinoteatrı Yaxşılıq Pandemiyasına qoşulur və əsas məqsədlərinin bir-birimizə dəstək olmaq, birləşmək, özümüzü və başqalarını qorumaq, mümkün olduqda kömək etmək olduğunu vurğulayır.
Qeyd edək ki, "CinemaPlus" kinoteatrlar şəbəkəsi tərəfindən mart ayında Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat məbləğində vəsait ayrılımışdır.
Birlikdə biz daha güclüyük!



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31