Azərbaycanda “EY İlin iş adamı” müsabiqəsinin qalibi elan edildi
“EY Azərbaycan” tərəfindən Azərbaycanda ilk dəfə olaraq keçirilən “EY İlin iş adamı™” müsabiqəsinin qalibi elan edilib.
27 Aprel 2020 12:10 Sosial"EY Azərbaycan" tərəfindən Azərbaycanda ilk dəfə olaraq keçirilən "EY İlin iş adamı" müsabiqəsinin qalibi elan edilib. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strateji tərəfdaşlığı ilə keçirilən "EY İlin iş adamı" müsabiqəsinə BP və Azərbaycan Beynəlxalq Bankı sponsor dəstəyi göstərib. KOBİA-dan "Olaylar"a bildirilib ki, müsabiqənin qalibini biznes ictimaiyyətinin, dövlət şirkətlərinin top menecerlərinin və beynəlxalq maliyyə qurumlarının nümayəndələrindən ibarət müstəqil münsiflər heyəti seçib. Müsabiqəyə kənd təsərrüfatı, mebel, tikinti, dəmir məmulatları, boru, şüşə istehsalı, neft-qaz sənayesi, onlayn biznes və s. sahələrdə fəaliyyət göstərən onlarla kiçik və orta sahibkar müraciət edib. Qalib seçim mərhələsindən keçən və sahibkarlıqda liderlik keyfiyyətləri nümayiş etdirən 12 güclü namizəd arasından müəyyənləşib. Pandemiya ilə bağlı mükafatlandırma mərasimi onlayn formatda keçirilib. Müsabiqə iştirakçılarının müraciətlərini hərtərəfli qiymətləndirdikdən sonra münsiflər fərqli kateqoriyalar üzrə nominantları elan ediblər. Beləliklə, aqrar sahədə dayanıqlı inkişaf kateqoriyasında "Geotelmal Aqro" şirkətindən Rasim Əliyev, regional inkişaf nominasiyasında "Woodpecker" şirkətindən Əliyar Əliyev, innovasiyalar kateqoriyası üzrə "GoldenPay" şirkətindən Fərid İsmayılzadə və sosial təsir nominasıyası üzrə "Prometal" şirkətindən Rüfət Əzizov təltif olunublar.