Koronavirus dərsləri... - Elçin Hüseynbəyli yazır

Elçin Hüseynbəyli

Koronavirus kabusu bizdən uzaqlaşmaqdadır, dostlar. Belə də olmalıydı, çünki bir gəlişin bir gedişi də var. Amma keçirdiyimiz bu günləri kimsə kədrlə, kimsə acı göz yaşları ilə, kimsə yumorla anacaq.

Pandemiya deyilən bu bəla çox nəsnələri üzə çıxardı. Əvvəlcə bu virusa yumor hssiylə yanaşanlar çox oldu. Adi zökəm tutanlar "deyəsən, koronavirus olmuşam" deyirdilər. Bir feysbuk istifadəçiisi isə təxminən belə yazmışdı: "Narahat olmayın, uşaqlar. Bu virus bizim üçün deyil, varlılar üçündür, çünki başında tacı var!"

Mən özüm də buna ciddi yanaşmırdım, hətta iki sətrlik bir bir şeir (rədif) yazmışdım ki, meyxanaçılara verim arxasını düzüb qoşsunlar: "Koronavirus səf ol get, koronavirus dəf ol get!" Amma sonralar hər şey ciddiləşdi. Bu məsələdə Dünya Səhiyyə Təşkilatının haray-həşiri də rol oynadı.

Pandemiyaya qarşı mübarizəyə ilk effektli qoşulanlardan biri də bizim ölkəmis oldu.

Bayaq dediyim kimi koronavirus çox nəsnələri üzə çıxardı. Birimincisi,  məlum oldu ki, bu, doğrudan da çox axmaq bir qripdi, çox biməna bir qripdi, çox namərd bir qripdir. Çünki nə uşağa baxır, nə cavana, nə də qocaya - harda gəldi haqlayır. Bunu hamı bilir, dostlar. Amma şəxsən mənə bir şey tam aydın oldu ki, dünyada adamların hamısı küyə gedəndir, şaiyələrə inanandır, canını hamıdan çox istəyəndir.

Bu virusun mənbəyilə bağlı mülahizələr də maraqlı və ziddiyyətli oldu: əvvəlcə dedilər ki, bu qrip hər nədirsə, mənşəyi bilinmir, sonradan dedilər ki, bu yeni tip koronavirusdur. Axırda məlum oldu ki, bu virus laboratoriyada hazırlanıb. Bir qism onun tərəfində oldu ki, bu virusu Amerika qəsdən yaradıb ki, müsəlmanlar qırılıb qurtarsınlar. Sonra yazdılar ki, virus Afrika əhalisi üçün yaradılıb ki, onlar müdafizəsizdirlər, təbabətləri zəifdir, Avropanı da boğaza yığıblar, məhv olub getsinlər, onda dünyanın da canı dincələr, boş torpaq sahələri yaranar, türmələri də aparıb orda tikərlər, eksperimental layihələri orda həyata keçirər, zərərli zavorldları ora daşıyarlar. Sonra məlum oldu ki, bu virusu Bill Qeyts yaradıb. Onun da məqsədi dünyanı həbsxanaya çevirməkdir və virus xəstələrinə xüsusi cip yerləşdirəcəklər ki, adamları idarə eləmək mümkün olsun. Ona görə də dünyanın bir çox ölkələrində telefon qüllələrini yandırdılar.

Dünya Səhiyə Təşkilatından şübhələnənlər daha çox oldu. Dedilər ki, bütün bunalr hamısı DST-nin fırıldağıdır, Bill Qeyts və Çinlə əlaqədardır. Məqsəd də təşkilata üzv ölkələrdən pul qoparmaqdır. Amerikanın DST-yə olan üzvlük haqqını prezident Trampın kəsməsi də bu şaiyələri daha da gücləndirdi...

İndi keçək həkimlərə. Sağ olsunlar, bu işdə çox fədakarlıq göstərdilər. Amma kənarda durub ağıl verənlər də oldu. Biri dedi ki, bu virus havada uzun müddət qalır, ona görə də adamlar kütləvi yoluxur, sonra məlum oldu ki, bu molekul formnasındadır, damcı ilə keçir. Biri dedi ki, paltarda qalır. Sonra dedilər ki, qalmır. Biri dedi ki, bazardan alınan məhsulları təmiz-təmiz, sabunla yumaq, spirtləmək lazımdır. Axırda məlum oldu ki, buna da ehtiyac yoxdur. Biri dedi ki, virus səthlə keçir, əlinizi heç yerə vurmayın. Biri dedi ki, maska taxmayın, bu lap pisdir. Sonra məlum oldu ki, maskasız olmaz.

Səmim deyim ki, ən ağlabatan məsləhətləri, proqnozları tibb professoru Adil Qeybulla verdi. Dedi ki, ultrabənövşəyi şüalar bu virusların qənimidir. Üstündən  iki həftə keçəndən sonra dünya həkimlərinin çoxu, hətta Tramp da bu fikrə şərik çıxdı.

Dərmanlar da çeşid-çeşid oldu. Məlim oldu ki, parasetamol onun dərmanıdır.  Ona görə də apteklərdə parasetamol qalmadı. Belarus prezidenti Lekaşenko ümumən bu virusu vecinə almadı. Türkmənbaşı daha maraqlı açıqlamalarla yadda qaldı: "Dədə-baba adətimiz var, üzərrik hər dərdin əlacıdır!"

Orası da məlum oldu ki, sovet adamlarının xəstələnməməsinə və az ölümünə səbəb vaxtında onlara vurulan peyvəndlər imiş.

Amma mənə elə gəldi ki, ən gözəl antivirus nəvədir, hər bir  evdə nəvəyə və babaya ehtiyac var. Birimincisi o səbəbə ki, gün çıxandan batana qədər nəvənlə vaxt keçirirsən, ikimincisi də ki, çölə çıxamaqdan qorxursan ki, birdən virus tutub gətirər, nəvəni də xəstələndirərsən və bunu ömrübillah özünə bağışlamazsan.

Onu da deyim ki, "Evdə qal" kampaniyasına qoşulanlardan ən ağıllıları Kornegi fəlsəfəsinə uyğun hərəkət elədilər, yəni şəraitə uyğunlaş və ləzzət al.

Koronavirus insanlara yaddan çıxan bəzi mənəvi məslələri da yada saldı: dünya fanidir, mərhəmət əsasdır. Şəxsən bizim üçün o da məlum oldu ki,, milətimiz intizamlı və birliyə meyllidir, dövlətimizin ətrafında sıx birləşiblər, bir yerdə olan millət də hər problemin həllinə qadirdir və böyük qələbələrə layiqdir.

İndi hər yerdə karantin rejimi yumşaldılır. Bizdə də o cümlədən. amma mənə elə gəlir ki, dostlar, biz apreluin 5-dən əvvəlki vəziyyətə qayıtsaq, daha yaxşı olar..

Kim nə deyir desin, dostlar, kornovirus keçmişdə qaldı, indiki nəsillər onu xatırlayacaq, gələcək nəsillər isə ən azı statistik bir hadisə kimi öyrənəcəklər...

Aprelin sonu, 2020

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31