Hərarətin yüksəlməsinin bilmədiyiniz 5 səbəbi - BUNLARA DİQQƏT!
27 Aprel 2020 10:25 SosialƏksər hallarda hərarətin qalxmasının səbəbi soyuqdəymə və ya qripdir. Bu zaman insanda hərarətdən əlavə soyuqdəymə və qripə xas olan digər simptomlar da meydana çıxır - baş və əzələ ağrıları, burun axması, asqırma, öskürək, boğaz ağrısı və s.
Olaylar.az xəbər verir ki, bəzən xəstədə sadaladığımız heç bir simptom olmur, hərarət isə yüksəlir.
Rusiyalı terapevt, pulmonoloq İrina Beloqlazovanın sözlərinə görə, belə hərarət bəzi təhlükəli xəstəliklərə işarə edə bilər və bu halda insan vaxt itirmədən həkimə müraciət etməlidir.
Bu hansı xəstəliklər ola bilər?
1. Bakteriya mənşəli iltihabi xəstəliklər (böyrək, sümüklər, ağciyər, kişi və qadın cinsiyyət sistemi və s. iltihabları).
2. İnfeksion xəstəliklər (vərəm, QİÇS, bruselyoz, Laym xəstəliyi, infeksion mononukleoz).
Saglamolun.az