Bu gün Vergi Məcəlləsinə dəyişikliklər parlamentdə müzakirə ediləcək

Bu gün Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçiriləcək. "Olaylar"xəbər verir ki, iclasda İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanaraq, MM-ə təqdim olunan, yəni, Vergi Məcəlləsi və "Sosial sığorta haqqında" qanuna müvafiq dəyişiklikləri nəzərdə tutan qanun layihələri müzakirəyə çıxarılacaq. İclasa adıçəkilən komitənin üzvləri ilə yanaşı İqtisadiyyat Nazirliyinin rəsmilərinin, o cümlədən, nazir Mikayıl Cabbarovun qatılması gözlənilir. Müzakirələrdən sonra qanun layihələri MM-in bu həftənin beşinci günü keçirilməsi gözlənilən 8-ci plenar iclasına tövsiyə olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31