Röyanın konserti yenə təxirə düşdü
27 Aprel 2020 05:19 SosialXalq artisti Röya Ayxan "Nazlı" adlı solo konsertinin tarixini növbəti dəfə dəyişdirib.
Axşam.az xəbər verir ki, Bakı Konqres Mərkəzində keçirilməsi nəzərdə tutulan musiqili gecə payızda keçiriləcək.
Daha əvvəl 14, 15, 16 və 17 may tarixlərində keçirilməsi planlaşdırılan tədbir 1,2,3 və 4 oktyabra planlaşdırılır.
Qeyd edək ki, əvvəlcə mart ayında keçirilməsi düşünülən konsert Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınmasına yönəlik profilaktik tədbirlərə uyğun olaraq, may ayına keçirilmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31