Azərbaycanda koronavirusun yoxa çıxacağı tarix açıqlandı
26 Aprel 2020 19:33 SosialSinqapur Texniki Universitetinin bir qrup araşdırmaçı alimi süni intellekt vasitəsilə dünyada və ayrı-ayrı ölkələrdə COVID-19 pandemiyasının nə vaxt başa çatacağını müəyyən ediblər.
Azvision.az xəbər verir ki, alimlərin hesablamalarına görə, dünyada koronavirus may ayının 29-a qədər 97 faiz, dekabrın 8-dək isə tamamilə yoxa çıxacaq.
Azərbaycanla bağlı hesablamalara gəlincə, alimlərin fikrincə, ölkəmizdə koronavirus təhdidi mayın 5-dək 97 faiz, ayın 16-a qədər 99 faiz, iyun ayının 13-dək isə tamamilə aradan qalxacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31