Nazir kafe və restoranların açılmasından danışdı
25 Aprel 2020 19:08 SosialKafe və restoranların fəaliyyəti karantin qaydalarının yumşaldılmasının ikinci mərhələsində bərpa oluna bilər.
Bu açıqama ilə İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edib.
"İaşə obyektləri fəaliyyətini bərpa etdikdən sonra sanitar qaydalara ciddi əməl etməlidir. Əməkdaşlar maska və əlcəklərdən mütləq şəkildə istifadə etməli, masalar arası məsafələr nəzərə alınmalıdır", - nazir qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31