Vaqif Aydınoğlu ATV-dən uzaqlaşdırıldı - Yeni iş yeri açıqlandı
25 Aprel 2020 12:08 SosialATV-nin İctimai-siyasi verilişlər departamentinin baş redaktoru, tanınmış telejurnalist Vaqif Aydınoğlu işdən çıxarılıb.
Olaylar.az bakupost.az-a istinadən xəbər verir ki, bununla bağlı əmr bir neçə gün əvvəl verilib.
Jurnalist özünə yeni iş də tapıb. Bundan sonra o, "Azərişıq"ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin müavini kimi çalışacaq.
Vaqif Aydınoğlunun işdən çıxarılması xəbərini ATV-dən təsdiqləyiblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31