"İncitdiyiniz, susan qadından qorxun" - Natavan
25 Aprel 2020 11:12 Sosial"Qadın "yox", "istəmirəm" deməyi bacarmalıdır. Özünə dəyər verməli, dəyər görməlidir. Əksi olan yerdə isə qalmamalıdır".
Bu sözləri müğənni Natavan Həbibi sosial şəbəkədə yazıb. Qadınlardan bəhs edən sənətçi bunları əlavə edib:
"Qadınlar güclüdür. Qadın hər şeyin öhdəsindən gəlməyə qadirdir. Hələ yıxılıb ayağa durmayan, dura bilməyən qadın görməmişəm. İstəyib də, əldə etməyən qadın görməmişəm. Qadını incitməyəcəksiniz, incitdiyinizdən isə qorxun. Heç bir qadın susmaz. Susan qadından qorxun".
Axşam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31