Trend BİA-nın əməkdaşları Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbəri seçiliblər

Xəbər verdiyimiz kimi, Milli Məclisin bu gün keçirilən iclasında parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbəri seçilən deputatların adları məlum olub.

Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) Baş direktorunun müavini Arzu Nağıyev Azərbaycan-Gürcüstan, Trend Beynəlxalq İnformasiya Agentliyinin Baş direktorunun müavini, "Azernews" qəzetinin baş redaktoru Sevil Mikayılova isə Azərbaycan-İspaniya parlamentlərarası dostluq qruplarına rəhbərlik edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31