Azərbaycanda 558 aktiv koronavirus xəstəsi var - Rəsmi
24 Aprel 2020 20:31 Sosial"Hazırda Azərbaycanda 558 aktiv koronavirus xəstəsi var".
Olaylar.az "Report"a istinadən xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, onlardan 20-si reanimasiyadır:
"Onlar da əsasən Mərkəzi Neftçilər Xəstəxanası və "Yeni klinika"da müalicə alır. 7 nəfər isə süni nəfəs aparatına qoşulub".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31