Seçilən AKKORD
24 Aprel 2020 16:17 SosialBu gün müasir Azərbaycan mətbuat tarixinin əlamətdar hadisələrindən biri - "Olaylar" İnformasiya Agentliyinin 25 illiyi qeyd olunur.
"Olaylar" özünəməxsus dəst-xətti - milli yönü, dövlətçi baxışı və elm tutumu ilə seçilir.
Məhz "24 aprel" tarixində yaradılması əbəs deyil, elə düşünülmüş mətin addım - şok Olaydı.
Bu münasibətlə mötəbər mənbənin möhtəşəm kollektivini səmimi duyğularla təbrik edirəm.
Əsrin dörddə biri olan - 25 yaşınız mübarək olsun.
Təkrarsız yolunuzda davamlı müvəffəqiyyətlər diləyirəm.
Əziz və dəyərli Olay"çı"lar!
Qoy, Azərbaycan naminə - Yunus Oğuz əfəndi başda, Fatma Abbasquliyeva xatun öndə olmaqla fəaliyyətiniz daimi, peşəkar və faydalı olsun.
Ulu Tanrı yar və yatdımçınız olsun.
Sizin,
Yəhya Babanlı
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31