Quran və qurduqlarını yaşada bilən..... "Olaylar"-25
24 Aprel 2020 16:15 Sosial"Olaylar"media qrupunun "ailə basçısı"sayılan "Olaylar"qəzetinin 25 yaşı münasibəti ilə Qrupun bütün "can qoyanlarını",yetişdirmələrini,təəssübkeşlərini ,izləyicilərini və əziz dostum,qardaşım ,tanınmış yazıçı,publisist,ictimai-siyasi xadim Yunus bəyi(Oğuz) ürkdən təbrik edirəm,daha bir 25 ilin uğurlu yolçuluğunda qürur duya biləcəyimiz nəticələr arzulayıram.(25+25+)...
Yunus Oğuz əbədi davam edəcək müstəqil Azərbaycan dövlətçiliyi dövrünün və müstəqillik uğrunda mübarizə tariximizin bir parçasıdır -yaxın çevrəsinə, dostlarına və millətinə qürur gətirən parçasıdır.İstiqlaliyyət mübarizəmizin bir parçası da elə "Olaylar"ın özüdür.Bu qəzet bir mətbuat orqanı kimi özünü çox çətin yaratmaq prosesinin içində həm də xalq azadlıq hərəkatının tarixinin müxtəlif səhifələrini yazdı.Yunus Oğuz "Olaylar"ı yaratdı,"Olaylar" isə müstəqillik tariximizi və bu günkü salnaməmizi yazdı və yazmaqdadı.
Quran və qurduqlarını yaşada bilən lider olduğunu "Olaylar"ın timsalında bir daha sübut etdi ,Yunus bəy...
Bütün "Bakı-xəbər"ailəsinin adından bir daha təbrik edirəm...