Dövlət təhsil müəssisələri üçün lisenziya tələb olunmayacaq
24 Aprel 2020 16:00 SosialYaradılması və fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısında dəyişiklik edilir. "Olaylar"ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Lisenziyalar və icazələr haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, dövlət peşə, orta ixtisas, ali və əlavə təhsil müəssisələrinin yaradılması və fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növlərinin sırasından çıxarılır. Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31