Komitə onlayn təlim keçirəcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mövcud vəziyyəti nəzərə alaraq uşaq və ailələri əhatə edən məsələlərlə bağlı müxtəlif mövzularda onlayn təlimləri davam etdirir. Hazırda #Evdəqal dönəmində ailələri ən çox maraqlandıran məsələlərdən biri də onların öz uşağı ilə uğurlu ünsiyyət qurması və valideyn olaraq öz vəzifələrini daha yaxşı necə yerinə yetirməsidir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən "Olaylar"a bildirilib ki, bunları nəzərə alaraq 26 aprel 2020-ci il saat 16:00-da "Ailədə uşaqlarla uğurlu ünsiyyət və birgə fəaliyyətin vacibliyi" mövzusunda onlayn təlim keçiriləcək.

Onlayn təlimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri, uşaq məsələləri üzrə Avropa Şurasında milli ekspert, sosial işin tədrisi üzrə müəllim Ceyran Rəhmətullayeva və Komitənin əməkdaşı Fərid Ədilov iştirak edəcək. Onlayn təlim Komitənin rəsmi Facebook səhifəsində canlı yayımlanacaq, görüş zamanı izləyiciləri maraqlandıran suallar cavablandırılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31