“Olaylar” qəzetinin Baş redaktoru Yunus Oğuza

Azərbaycanın media məkanında öz mövqeyi və fərqli dəst-xətti olan "Olaylar" qəzeti və eyni adlı informasiya agentliyinin 25 yaşı tamam olur. Ötən 25 il ərzində media qurumu mövzu rəngarəngliyi, oxunaqlı araşdırmaları, geniş marağa və diqqətə səbəb olan təhlil və şərhləri ilə ciddi irəliləyişə nail olub, maarifləndirmə baxımdan böyük uğurlara imza atıb. Bu baxımdan öz xüsusi mövqeyi, işi və dəst-xəttilə fərqlənən "Olayalar" qəzeti və "Olaylar" İnformasiya Agentliyi Azərbaycan cəmiyyətində tanınan, ictimai rəydə qəbul olunan kütləvi informasiya vasitələrindəndir.

Obyektiv, qərəzsiz və operativ informasiyalar yayması nəticəsində media qurumu özünə geniş oxucu rəğbəti qazanıb. İstər ölkə daxilində, istərsə də, xaricdə yaşayan soydaşlarımız bu media qurumu ilə geniş əməkdaşlıq edir, söz-söhbətlərini, qayğılarını, eləcə də, cəmiyyətə ünvanlanan müsbət mesajlarını bu media qurumu ilə bölüşürlər. Bu əlamətdar gün münasibətilə kollektivimiz adından "Olaylar" qəzetinin və "Olaylar" İA- nin Baş redaktoru Yunus Oğuzu və kollektivini təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayır, hər zaman qələminizin iti, sözünüzün kəsərli olmasını arzulayıram.

Bəhruz Quliyev

"Səs" Media Qrupunun rəhbəri

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31