Ölümlər ikiqat arta bilər - ÜST rəsmisindən QORXUNC AÇIQLAMA
24 Aprel 2020 15:11 SosialKoronavirus pandemiyasının tədarük və paylama zəncirinə verdiyi zərər qızdırma epidemiyası ilə aparılan mübarizəyə mənfi təsir göstərir. Buna görə də epidemiyanın səbəb olduğu hazırkı ölüm rəqəmləri ikiqat arta bilər.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının Afrika Bölgəsi direktoru Matşidiso Moeti deyib.
Mətbuat konfransında çıxış edən Moeti bütün ölkələri qızdırma xəstəliyi ilə mübarizəyə dəstək verməyə çağırıb.
Onun sözlərinə görə, ötən həftə ABŞ-ın ÜST-ə maliyyə yardımını kəsməsi Afrika qitəsində uşaq iflici, qızdırma və QİÇS kimi xəstəliklərə qarşı verilən mübarizəyə faciəvi şəkildə zərər vuracaq.
ÜST-ün statistikasına görə, 2018-ci ildə Afrikada 360 min nəfər qızdırmadan dünyasını dəyişib.
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31