Marixuana satan şəxs “iş başında” saxlanıb
Marixuana satan şəxs “iş başında” saxlanıb
24 Aprel 2020 14:23 SosialNarkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Masallı RPŞ əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Soltanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 440 qramdan artıq marixuana aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00