Qənirə Paşayeva: “Aliment Fondunun yaradılması vacib məsələdir”

"Ödənişli təhsil haqları əhalinin gəliri ilə nə dərəcədə mütənasibdir? Bu məsələ nəzərdən keçirilməlidir". "Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin plenar iclasında Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib. Millət vəkili deyib ki, Ombudsmanın Aliment Fondunun yaradılması ilə bağlı təklifi vacib məsələlərdən biridir: "Əlilliyin təyin edilməsi ilə bağlı isə bəzi tibb müəssisələrində laqeyd yanaşma var. Bəzi şəxslərin əlil olduğunu gözümüzlə görürük. Ancaq məlum olur ki, hansısa sənəd çatışmazlığına görə insana əlillik təyin edilmir. Belə hallar aradan qaldırılmalıdır. Yeri gəlmişkən, Tovuzda bir sıra kəndlərdə xəstəxanalara qaz verilmir, baxmayaraq ki, kəndlərdə qaz var. Bu, Səhiyyə Nazirliyi və "Azəriqaz" İstehsalat Birliyi arasındakı problemlərdən qaynaqlanır. Xəstəxanalara qaz verilməməsinin nə dərəcədə ciddi problemlərə yol açdığı nəzərə alınmalı, bu məsələlər aradan qaldırılmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31