Parlamentdə yenidən uşaqpulu məsələsi qaldırıldı
24 Aprel 2020 13:08 SosialMilli Məclisdə uşaqpulunun bərpası yenidən gündəmə gətirilib. "Olaylar" xəbər verir ki, Milli Məclisin aprelin 24-də keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli çıxışında uşaqpulunun bərpa edilməsini təklif edib: "Əgər biz uşaqpulunu bərpa edə bilsək, yardıma ehtiyacı olan insanların çoxunun problemini həll etmiş olarıq". Ə.Məsimli həmçinin adına kiçik torpaq sahəsi olan şəxslərə 190 manatlıq birdəfəlik verilməsini də istəyib. Deputat bundan əlavə, Azərbaycanda əlillərə verilən müavinətlərin artırılmasını vacib sayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31