Təsərrüfatda çalışan fermerlər arasında 2 metrlik məsafə saxlanmalıdır
24 Aprel 2020 12:21 SosialKənd təsərrüfatı sahələrində çalışan işçilər arasında azı 2 metrlik məsafə saxlanılmalıdır. "OLAYLAR" xəbər verir ki, bu barədə vacib tövsiyəni Qida Təhlükəsizliyi Agentliyi verib. Qeyd edilib ki, çirkli əllərlə ağız, burun və gözlərə toxunulmaq olmaz: "Soyuqdəymə və ya qripəbənzər simptomları olan şəxslərlə yaxın təmas qurulmamalıdır. İş paltarı, boşqab, stəkan, dəsmal və bu kimi digər əşyalar ortaq istifadə edilməməlidir. Həmçinin tək istifadəlik maska, əlcək düzgün çıxarılıb, paketə qoyularaq qapalı zibil qutusuna atılmalı, iş paltarı 60°-də yuyucu tozla yuyulmalı" AQTA-dan bildirilib ki, evə gəldikdə əllər sabunlanaraq azı 20 saniyə axar su altında yuyulmalıdır: "COVID-19-dan qorunmaq üçün fermerlər bunları bilməlidirlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31